Ünvanı: Təbriz küç., 19, Bakı şəhəri, Azərbaycan, AZ1008
Tel.: (+994 12) 432 23 07 Faks: (+994 12) 432 23 07 Mobil: (050) 343 53 02 Veb səhifə: www.aagib.org E-Mail:aaysa_office@yahoo.com;
office@aagib.org
Veb Səhifə Norveç Krallığının Azərbaycandakı
Səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya Fondu
vasitəsi ilə maliyyələşdirdiyi vəsait hesabına hazırlanıb
REYTİNQ
Xoş gəlmisiniz!
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin
veb səhfəsində Sizi salamlayıram.
Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan yenidən müstəqillik
qazandı və ölkənin daxili və xarici siyasətinə diqqət
yetirmək imkanı qazandı. Avro-Atlantik Strukturlara inteqrasiya
və qərb ölkələri ilə strateji əməkdaşlıq Azərbaycan xarici
siyasətinin prioritet tutduğu məsələlərdir. 10 il əvvəl
Azərbaycan uğurla qərb strukturlarına inteqrasiya etdi
və bir neçə beynəlxalq təşkilatlara qoşuldu.
Azərbaycan və ABŞ arasında münasibətlər
strateji baxımdan xarakterizə oluna bilər. Azərbaycan
həmişə anti-terrorizm əməliyyatlarında, qlobal enerji
təhlükəsizliyi layihələrində və dünyada demokratiya, inkişaf
və sülhün təbliğində ABŞ-a dəstək olub. Hər iki müttəfiq
dövlət təhlükəsizlik, demokratiya, təhsil, bazar iqtisadiyyatı
və neft sahəsində uğurlu əməkdaşlıq və münasibətlər qurmuşlar.
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi
xarici gəncləri özündə birləşdirən könüllülük prinsipi
üzərində fəaliyyət quran qeyri-hökumət təşkilatıdır. Azərbaycan-Amerika
Gəncləri İctimai Birliyinin əsas məqsədi müxtəlif sferalarda
Azərbaycan və Amerika gənclərinin əlaqələrinin inkişafına
töhfə verməkdir. Biz, tələbə mübadiləsini sürətləndirmək
və Azərbaycan və Amerika gəncləri arasında aktiv əməkdaşlığa
yardım göstərmək və iki ölkə arasında tələbə mübadiləsinin
zəruriliyini yüksək səviyyəyə qaldırmaq üçün çalışırıq.
Əlbəttə iki ölkə gəncləri arasında əməkdaşlığı və tələbə-mübadiləsini
inkişaf etdirməklə bərabər təşkilat Azərbaycan və Amerika
arasında mədəniyyətlərarası inteqrasiyanın inkişafını
da qarşısına məqsəd qoyub.
Təşkilatın digər məqsədi Azərbaycanda
vətəndaş cəmiyyətinin inkişafında gənclərin geniş iştirakını
həvəsləndirməyi şərtləndirən gənclər arasında təhsil layihələri
və proqramlarının yerinə yetirilməsidir. Biz, Azərbaycanda
demokratik vətəndaş cəmiyyətinin qurulması üçün gənclərin
aktiv iştirakına söykənən ölkənin regionlarında gənclər
arasında müxtəlif təhsil layihələri keçirmişik. Bizim
keçirdiyimiz tədbirlər arasında böyük rol oynamış və həmçinin
Azərbaycana beynəlxalq və qərb təcrübəsini gətirən beynəlxalq
layihələr də var.
Biz, Azərbaycan, onun mədəniyyəti, dəyərləri,
adət-ənənələri, tarixi haqqında Amerika və xarici gənclərə
məlumat çatdırmış və azərbaycanlı gənclərin beynəlxalq
birliklərə aktiv inteqrasiyası üçün şərait yaratmışıq.
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin
bütün qeyd olunan fəaliyyəti xarici gəncləri bir araya
gətirərək bütün dünyaya demokratik dəyərləri, insan hüquqları,
qanunvericiliyi, azadlığı və sülhü yaymaq və bölüşməyə
xidmət edir. Biz bir gənc olaraq gələcəyin təməliyik və
etdiyimiz dəyişikliyi dünyada görmək istəyirik.