Ünvanı: Təbriz küç., 19, Bakı şəhəri, Azərbaycan, AZ1008
Tel.: (+994 12) 432 23 07 Faks: (+994 12) 432 23 07 Mobil: (050) 343 53 02 Veb səhifə: www.aagib.org E-Mail:aaysa_office@yahoo.com;
office@aagib.org
Veb Səhifə Norveç Krallığının Azərbaycandakı
Səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya Fondu
vasitəsi ilə maliyyələşdirdiyi vəsait hesabına hazırlanıb
REYTİNQ
HƏYATA
KEÇİRİLƏN LAYİHƏLƏR VƏ TƏDBİRLƏR
1. 2001-ci ilin Sentyabr ayının 11-də ABŞ-da baş vermiş
dəhşətli terror aktından 3 ay sonra Dekabr ayının 11-də
Təşkilat ETM «Təfəkkür Universitetində» «Gənclər Terrorizmə
Qarşı» devizi altında dəyirmi masa təşkil etmişdir.
Tədbir Azərbaycan Respublikasının ABŞ-a anti-terror
əməliyyatlarında dəstək olması və 11 Sentyabr hadisələrində
həlak olanların ruhunu anma günü ilə bağlı keçirilən
tədbirlərlə eyni vaxta düşməsi Azərbaycan xalqının həmişə
ABŞ xalqı ilə bir yerdə olmasının təcəssümü idi. Tədbirdə
KİV nümayəndələri və mövzu üzrə ekspertlər və müxtəlif
gənclər təşkilatlarının nümayəndələri iştirak etmişdir.
2. 9-10 Avqust, 2002-ci ildə Təşkilat Azərbaycanda keçirilən
24 Avqust referendum günü ilə bağlı «Azərbaycan Konstitusiyası
və Beynəlxalq Rəy» mövzusunda silsilə tədbirlər həyata
keçirmişdir. Tədbirlərin yekunu olaraq Azərbaycanda
fəaliyyət göstərən gənclər təşkilatlarının iştirakı
ilə press-konfrans keçirilmişdir. Tədbirdə KİV nümayəndələri
və mövzu üzrə ekspertlər iştirak etmişdir.
3. 27 Mart, 2002-ci ildə ETM «Təfəkkür Universitetində»
«Azərbaycan və ABŞ Təhsil Sistemi XXI Əsrdə» adlı elmi-praktik
konfrans keçirilmişdir. Konfransda Azərbaycan və ABŞ
Təhsil Sistemi arasında olan inteqrasiyanın bu günü
və sabahı haqda fikir mübadiləsi aparılmışdır. Tədbirdə
Amerika Beynəlxalq Təhsil Şurasının sədri Cerimi Taş,
Təfəkkür Universitetinin rəhbərliyi və Gənclər, İdman,
Turizm Nazirliyinin nümayərdələri iştirak etmişlər.
Tədbirdə eləcə də KİV nümayəndələri iştirak etmişdir.
4. 2002-ci ilin iyul ayında Təşkilatın Amerikalı üzvləri
ilə birgə ABŞ-ın dövlət müstəqilliyinin 227-ci ildönümü
münasibəti ilə bədii-əyləncəli tədbir təşkil edilmişdir.
5. 2002-ci ilin Oktyabr ayının 22-27 arası Təşkilatın
sədri Vüqar Əhmədov ABŞ-ın Çikaqo şəhərinə səfər etmişdir.
Səfərin məqsədi Təşkilatın Amerikadakı partnyorları
ilə görüşlər keçirmək və oradakı Azərbaycan diasporunun
nümayəndələri ilə danışıqlar aparmaq idi.
6. 2002-ci ilin Noyabr ayında Bakı Dövlət Universitetində
«Azərbaycan və ABŞ diplomatik münasibətlərinin 10-cu
il dönümü»nə həsr edilmiş konfrans keçirilmişdir. Tədbirdə
Amerika Beynəlxalq Təhsil Şurasının sədri Cerimi Taş,
ABŞ-ın Azərbaycandakı səfirliyinin Siyasi-İqtisadi şöbəsinin
rəhbəri Karin Maklenand, ABŞ-da təhsil alan məzunlar,
gənclər təşkilatlarının nümayəndələri və eləcə də KİV
nümayəndələri iştirak etmişlər.
7. 2003-cü ilin Fevralın 21-də «Gəncliyə Yardım Fondunda»
Amerikada Azərbaycan diasporunun vəziyyəti və Gənclərin
bu sahədə yeri və rolu» mövzusunda konfrans təşkil edilmişdir.
Tədbirin məqsədi ABŞ-ın Azərbaycana maliyyə yardımlarının
azaldılmasına, «Dağlıq Qarabağa» isə 20 milyon dollar
yardım ayırmasına etiraz etmək idi.
8. 2003-cü iyun-dekabr ayları ərzində AAGİB fəaliyyətini
«Gənclərin Seçkilərdə İştirakının Stimullaşdırılması»
adlı layihəsinin həyata keçirilməsinə həsr edib. Layihə
ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə
həyata keçirilib və məqsəd regionlarda maarifləndirici
treninqlər yolu ilə gənclərin seçkilərdə maksimum iştirakına
nail olmaq idi.
9. 2004-cü ilin iyun-dekabr ayları ərzində AAGİB «Bələdiyyələr
və Gənclər arasında əlaqələrin və əməkdaşlığın inkişaf
etdirilməsi» adlı layihəsini Fizuli rayonunun 23 kəndində
Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu, Dünya Bankının
Bakı ofisi və Avrasiya Fondunun maliyyə dəstəyi ilə
həyata keçirmişdir.
10. 2005-ci ilin iyun-oktyabr ayları ərzində təşkilat
Norveç Krallığının Azərbaycandakı Səfirliyinin və Avrasiya
Fondunun maliyyə dəstəyi ilə «Gənclərin Seçki Təşəbbüslərinin
İnkişaf etdirilməsi və Gənclər Parlamentinin yaradılması»
ilə əlaqədar Azərbaycanın 7 bölgəsində təlim kursları
və yay düşərgəsi təşkil etmişdir.
11. 2005-ci ilin Sentyabr ayının 09-13 tarixləri arasında
təşkilat Avropa Birliyi Gənclər Proqramının maliyyə
dəstəyi ilə Bakı şəhərində «Avropa Birliyinə üzv olmayan
ölkələrin gənclər təşkilatlarının bu qurumun Gənclər
Proqramında iştirakı ilə bağlı mövcud baryerlər necə
aşılmalı» mövzusunda beynəlxalq seminar təşkil etmişdir.
12. 2006-cı ilin Aprel ayının 14-19 tarixləri arasında
təşkilat Avropa Şurası Gənclər Fondunun maliyyə dəstəyi
ilə «Hər-Kəs Fərqli-Hər Kəs Bərabər» adlı kampaniya
çərçivəsində «Hər Kəs Bərabərdir-Hər Kəs Qeyri-Fərqli
Deyil» adlı Seminar təşkil etmişdir.
13. Təşkilat 2006-cı ilin Aprel-İyul aylarında Açıq-Cəmiyyət
İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə «Region
Gənclərinin asudə vaxtının təşkili» adlı laiyhə həyata
keçirir.
14. 2006-cı ilin ikinci yarısı təşkilat Norveç Krallığının
Azərbaycandakı Səfirliyi və Avrasiya Fondunun maliyyə
dəstəyi ilə «Azərbaycan Gənclər Parlamenti-2-ci hissə»
adlı layihəni həyata keçirir.