AzerbaijanEnglishEVE-mail





BÖLMƏLƏR

KEÇİDLƏR


- www.president.az
- www.mfa.gov.az
- www.mys.azeri.com
- www.karabakh.gen.az
- www.agaat.az
- www.azerbaijan.az
- www.azertag.com
- www.xeber.net
- www.day.az
- www.xxeber.com

ƏLAQƏ


Ünvanı: Təbriz küç., 19, Bakı şəhəri, Azərbaycan, AZ1008
Tel.: (+994 12) 432 23 07
Faks: (+994 12) 432 23 07
Mobil: (050) 343 53 02
Veb səhifə: www.aagib.org
E-Mail: aaysa_office@yahoo.com; office@aagib.org

 



Veb Səhifə Norveç Krallığının Azərbaycandakı Səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya Fondu vasitəsi ilə maliyyələşdirdiyi vəsait hesabına hazırlanıb

REYTİNQ




 

 

 

 

FƏALİYYƏT / Yerli layihələr


Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin Norveç Krallığının Azərbaycandakı Səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya Fondu vasitəsi ilə maliyyələşdirdiyi «Azərbaycan Gənclər Parlamenti-İkinci Hissə» adlı layihəsi çərçivəsində «Azərbaycanda qanunvericilik aktları və gəncliyin maraqları: Reallıqlar və Perspektiv Düşüncələr» mövzusunda Konfrans
01 Noyabr, 2006
«Hyatt Hotel» Konfrans və Görüş Mərkəzi, Bakı zalı



Məlum olduğu kimi, 2005-ci ildə Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin dəstəyi və Norveç Krallığının Azərbaycandakı Səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya Fondu vasitəsi ilə maliyyələşdirdiyi layihə çərçivəsində Azərbaycanda ilk dəfə Gənclər Parlamenti təsis olundu və bu müddət ərzində Azərbaycanın 17 bölgəsində Gənclər Parlamentinin regional koordinasiya şuraları təsis olunmuşdur. Bu qurumun əsas məqsədi Azərbaycanın potensiallı gəncləri arasında gənc parlamentarilərin yetişməsinə şərait yaratmaq, gənclərin parlament institutuna və Milli Məclis deputatlarına çıxış imkanlarını artırmaq, onların maraqlarını müdafiə etmək və onların sosial-iqtisadi, təhsil, mədəni və regional problemlərini ictimai səviyyədə qaldırmaqdır.

2006-cı ildə Gənclər Parlamenti layihəsinin ikinci hissəsinə start verilmişdir. İkinci hissədə Azərbaycanın 9 bölgəsində gənclərin regional problemlərini və ehtiyaclarını öyrənmək istiqamətində sorğular təşkil edilmişdir. Sorğular nəticəsində gənclərin prioritet istiqamətlər üzrə regional problemləri və ehtiyacları öyrənilmiş və ictimaiyyətin, hökümət nümayəndələri və Milli Məclis üzvlərinin diqqətinə çatdırılması üçün bu konfransın keçirilməsi qərara alınmışdır.

Məhz bu tədbir Azərbaycan Gənclər Parlamentinin regiondan olan üzvləri üçün bir araya gələrək gənclərin regional problemlərini, ehtiyaclarını, kecirdikləri sorğuların nəticələrini və təklif etdikləri gənclərlə bağlı qanun layihələrini ictimaiyyətə və parlamentarilərin diqqətinə çatdırmaq, gənclərin parlament institutuna və Milli Məclis deputatlarına çıxış imkanlarını artırmaq, gəncləri parlamentarilərlə görüşdürmək və Azərbaycanda qanunvericilik aktlarının gənclərin maraqlarına nə dərəcədə cavab verməsi ilə bağlı mövzunu müzakirəyə çıxarmaq məqsədi daşıyır. Konfrans regionlardan olan Gənclər Parlamentinin regional koordinasiya şuralarının gənc üzvləri üçün onların regional problemləri və ehtiyacları ilə bağlı fikirləri hökümət nümayəndələri və Milli Məclis üzvlərinin diqqətinə çatdırılmasına şərait yaradacaq. Qeyd edək ki, tədbirdə beynəlxalq təşkilatların, hökümət nümayəndələri və Milli Məclis üzvlərinin iştirakı və çıxışları nəzərdə tutulur. Bu konfransda eyni zamanda layihə çərçivəsində keçirilən sorğunun nəticələrinin və hazırlanan veb-səhfənin təqdimatı planlaşdırılır.

Konfrans öz işinə «Hyatt Hotel», Konfrans və Görüş Mərkəzinin Bakı zalında 2006-cı il Noyabr 01 tarixində saat 10:00-da başlayacaq. İştirak etmək istəyənlərdən Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin katibliyi ilə aşağıda qeyd olunan elektron poçt ünvanı vasitəsi ilə əlaqə saxlaması xahiş olunur.

Elektron ünvan:
office@aagib.org

Web site:
http://www.aagib.org



«Azərbaycanda qanunvericilik aktları və gəncliyin maraqları: Reallıqlar və Perspektiv Düşüncələr» mövzusunda Konfransın
PROQRAMI
01 Noyabr, 2006, Saat 10:00-13:00
«Hyatt Hotel» Konfrans və Görüş Mərkəzi, Bakı zalı

Konfransın təşkilatçısı: Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi

  • 10:00-10:10 Qeydiyyat
  • 10:10-10:20 Konfransın açılışı – Vüqar Əhmədov, Azərbaycan-
    Amerika Gəncləri İctimai Birliyinin sədri
  • 10:20-10:30 Layihə çərçivəsində hazırlanan veb səhfənin və keçirilən
    sorğunun nəticələrinin təqdimatı
  • 10:30-10:40 Çıxış-Millət Vəkili-cənab Fuad Muradov
  • 10:40-10:55 Məruzə-«Azərbaycanda mövcud qanunvericilik bazası»
    -Əliməmməd Nuriyev, Konstitusiya Araşdırmaları Fondunun sədri
  • 10:55-11:15 Gənc parlamentarilərin çıxışları və sualları
  • 11:15-11:25 Çıxış-Millət Vəkili-Cənab Əkrəm Abdullayev
  • 11:25-11:45 İctimai təşkilatların və tələbə-gənclərin çıxışları və sualları
  • 11:45-12:00 Məruzə«Azərbaycanda gənclərlə bağlı qəbul olunan qanunlar»-
    Vüqar Əhmədov-Gənclər və İdman Nazirliyi
  • 12:00-12:15 Millət Vəkilləri, Beynəlxalq və Donor təşkilatların çıxışları
  • 12:15-12:30 Gənc parlamentarilərin çıxışları və sualları
  • 12:30-12:45 Çıxışlar ətrafında müzakirələr və sual-cavablar
  • 12:45-13:00 Kofe Brek