AzerbaijanEnglishEVE-mail





BÖLMƏLƏR

KEÇİDLƏR


- www.president.az
- www.mfa.gov.az
- www.mys.azeri.com
- www.karabakh.gen.az
- www.agaat.az
- www.azerbaijan.az
- www.azertag.com
- www.xeber.net
- www.day.az
- www.xxeber.com

ƏLAQƏ


Ünvanı: Təbriz küç., 19, Bakı şəhəri, Azərbaycan, AZ1008
Tel.: (+994 12) 432 23 07
Faks: (+994 12) 432 23 07
Mobil: (050) 343 53 02
Veb səhifə: www.aagib.org
E-Mail: aaysa_office@yahoo.com; office@aagib.org

 



Veb Səhifə Norveç Krallığının Azərbaycandakı Səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya Fondu vasitəsi ilə maliyyələşdirdiyi vəsait hesabına hazırlanıb

REYTİNQ




 

 

 

 

FƏALİYYƏT / Yerli layihələr

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin Norveç Krallığının Azərbaycandakı Səfirliyinin vəsaiti hesabına və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya Fondu vasitəsi ilə maliyyələşdirdiyi «Gənclərin seçki təşəbbüslərinin inkişafı» adlı layihəsi çərçivəsində artıq 3 təlim həyata keçirmişdir.

Daima gənclərin müxtəlif sahələrdə maarifləndirmə prosesinə cəlb olunması istiqamətində fəaliyyətini quran Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi 2005-ci il parlament seçkilərini nəzərə alaraq Norveç Krallığının Azərbaycandakı Səfirliyinin vəsaiti hesabına və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya Fondu vasitəsi ilə maliyyələşdirdiyi «Gənclərin seçki təşəbbüslərinin inkişafı» adlı layihəsi çərçivəsində artıq 3 təlim həyata keçirmişdir. Təlim kursları Fizuli, Lənkəran və Qusar rayonlarında həyata keçirilmişdir. Sözügedən təlimlər aşağıdakı mövzular üzrə aparılmışdır.

1. Demokratiyanın inkişafında seçkilərin yeri və rolu.
2. Seçki prinsipi və vətəndaş hüquqları.
3. Səsvermə prosesi.
4. Seçkilərin müşahidəsi prosesində gənclərin rolu.
5. Azərbaycanda seçicilərin passivlik problemi və gənclərin burada rolu.
6. Parlament İnstitutunun Azərbaycan cəmiyyətinin inkişafında əhəmiyyəti.

Layihə çərçivəsində o cümlədən geniş tirajlı seçkilərlə bağlı maarifləndirici kitabçalar nəşr edilmişdir. Qeyd edək ki, bu regionlarda layihəni həyata keçirməkdə məqsəd gəncləri seçki sistemləri üzrə maarifləndirmək, gənclərin seçki prosesinə və parlament seçkilərinə maarifləndirici təlim və tədbirlərlə daha yaxından cəlb olunmasına nail olmaq, gənclərin seçki təşəbbuslərini dəstəkləməklə inkişaf etdirmək, onların seçki marağlarını artırmaq və seçkidə vətəndaş hüququ və demokratiyanın prinsiplərini gənclərə aşılamaqdır. Təlimlər gənclərə seçki günü necə səs vermək və hansı prosedurlardan keçməyin qanuni yollarını aşılayaraq seçicinin hansı hüquqlara malik olmasını izah etmişdir. Bundan əlavə, bu regionlarda yaşayan qaçqın və məcburi köçkün gənclərə ABŞ-da təhsil almış trenerlər tərəfindən «Amerikada seçki təcrübəsi, insan hüquqları, demokratiya» və digər mövzularda məşğələlər keçirilmişdir.