AzerbaijanEnglishEVE-mail





BÖLMƏLƏR

KEÇİDLƏR


- www.president.az
- www.mfa.gov.az
- www.mys.azeri.com
- www.karabakh.gen.az
- www.agaat.az
- www.azerbaijan.az
- www.azertag.com
- www.xeber.net
- www.day.az
- www.xxeber.com

ƏLAQƏ


Ünvanı: Təbriz küç., 19, Bakı şəhəri, Azərbaycan, AZ1008
Tel.: (+994 12) 432 23 07
Faks: (+994 12) 432 23 07
Mobil: (050) 343 53 02
Veb səhifə: www.aagib.org
E-Mail: aaysa_office@yahoo.com; office@aagib.org

 



Veb Səhifə Norveç Krallığının Azərbaycandakı Səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya Fondu vasitəsi ilə maliyyələşdirdiyi vəsait hesabına hazırlanıb

REYTİNQ




 

 

 

 

FƏALİYYƏT / Yerli layihələr

2006-cı il Beynəlxalq Əlaqələrin İllik İctimai Hesabatı

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin məqsədlərindən biri beynəlxalq gənclər arasında əlaqələr yaradaraq Amerika və Avropa gəncləri vasitəsilə gənclərin mədəniyyətlərarası inteqrasiya prosesinə cəlb etməkdən ibarətdir və Birlik fəaliyyətə başladıqdan bəri Avropa Komissiyası Gənclər Proqramı, Avropa Şurası və Avropa Gənclər Fondunun dəstəyi ilə müxtəlif beynəlxalq tədbirlərin, seminarların, proqramların hazırlanması və icrasında iştirak edib. Həmçinin təşkilatın müxtəlif gənc nümayəndələr qrupu 2005-ci ilin II rübünə illik hesabatından sonrakı dövrə təsadüf edilən aşağıdakı beynəlxalq tədbir və proqramlarda iştirak edib:

1. 29 may – 5 İyun, 2005-ci ildə Strasburqda Avropa Gənclər Mərkəzində Avropa Gənclər kompaniyasından 10 il sonra çox mədəniyyətli Avropada Avropalı gənclər üçün yeni çağırış – ikili təhsil sessiyası – “Hər kəs fərqli Hər kəs bərabər”
2. 19-24 İyul, 2005-ci il Böyük Britaniyanın Lester şəhərində “Müxtəlif layihələrin uğur meyarı” adlı SALTO təşkilatçılığı ilə tədbir
3. 19-24 Aprel, 2006-ci idlə Polşanın Lublin şəhərində “Feedback Seminar” adlı seminar
4. 23-29 İyul, 2006-cı ildə Avropa Komissiyası Gənclər Proqramı çərçivəsində “Ukraynanı kəşf ələ” adı altında Kiyevə, Xarkova, Odessaya və Donestkə tanışlıq səfəri.

Təşkilat Latviyada keçiriləcək Beynəlxalq Gənclər mübadiləsinin təşkili barədə latviyalı əməkdaşlarla razılaşma imzalayıb. 2006-cı ilin noyabrında bu tədbirdə təşkilatın 7 nümayəndəsi iştirak edəcək.

Bu səfərlərin bəzisində təşkilatın gənc nümayəndələri birgə layihələr hazırladılar və Azərbaycanda beynəlxalq tədbirlərin təşkili və Azərbaycanın beynəlxalq EVS proqramları və Avropa Komissiyası Gənclər Proqramının beynəlxalq gənclər layihələrinə qoşulması haqqında razılıq imzaladılar. Misal olaraq sentyabrın 09-13, 2005-ci ildə Azərbaycanda Avropa Komissiyası Gənclər Proqramının maliyyə dəstəyi ilə təşkil olunmuş “Qeyri-Avropa Birliyi dövlətlərinin QHT-lərinin Avropa Birliyi Gənclər Proqramında aktiv iştirakı üçün maneələrin öhdəsindən necə gəlmək olar” adlı beynəlxalq seminarı qeyd etmək yerinə düşər.

Həmçinin Təşkilat hal-hazırda həmkar təşkilat qismində müxtəlif Avropa Birliyi ölkələrində keçirilən uzun müddətli EVS proqramları və layihələrinin hazırlanması və icrasında iştirak edir və gələn ildən etibarən müxtəlif Avropa ölkələrinə könüllülər göndərəcək və eyni zamanda onlara ev sahibliyi edəcək və EVS məsələləri ilə bağlı Azərbaycanda uzun müddətli treninqlər təşkil edəcək.