|
 |
FƏALİYYƏT
/ Yerli layihələr |
 |
«Hər Kəs Bərabərdir
- Hər Kəs Qeyri Fərqli Deyil: Gənclərin Hər Kəs Fərqli-Hər
Kəs Bərabər adlı kampaniyanın əsas komponentlərinin yayılmasında
rolu» mövzusunda 3 günlük Seminar
Azərbaycan
Gəncləri – Avropa Birliyi Əməkdaşlığı İctimai Birliyi
və Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi Avropa
Şurası ilə birgə «Hər Kəs Fərqli-Hər Kəs Bərabər» adlı
kampaniyanın çərçivəsində «Hər Kəs Bərabərdir - Hər Kəs
Qeyri Fərqli Deyil: Gənclərin Hər Kəs Fərqli-Hər Kəs Bərabər
adlı kampaniyanın əsas komponentlərinin yayılmasında rolu»
mövzusunda 15-18, Aprel 2006-cı il tarixləri arasında
«Gənclik İstirahət və Turizm Mərkəzində» 3 günlük Seminar
təşkil etmişdir. Seminarda Gənclər və İdman Nazirliyinin
gənclər təşkilatları ilə iş üzrə şöbəsinin müdiri cənab
Fərhad Hacıyev, Avropa Şurasının Azərbaycandakı İnformasiya
Mərkəzinin icraçı direktoru cənab İlqar İbrahimli və gənclər
təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Seminarı giriş sözü ilə açan Azərbaycan-Amerika
Gəncləri İctimai Birliyinin sədri və layihənin əlaqələndiricisi
cənab Vüqar Əhmədov tədbirin əsas məqsədinin milli və
etnik azlıqlara mənsubluğu olan gənclərin, gənc qadınlar,
eləcə də cəmiyyətdən və ictimai həyatdan kənarda qalmış
regiondan olan gənclərin vətəndaş cəmiyyəti təşəbbüslərinə
və kampaniyanın işinə fəal qoşulmasına şərait yaratmaq
və gənclərdə «Hər Kəs Fərqli-Hər Kəs Bərabər» adlı kampaniyaya
qarşı maraq oyatmaqla onların təşəbbuslərini cəmiyyətdə
gender bərabərliyi, tolerantlıq, müxtəliflik və qarşılıqlı
hörmət kimi dəyərlərin bərqərar olmasına yönəltmək olduğunu
qeyd etdi.
Seminarda çıxış edən Gənclər və İdman
Nazirliyinin gənclər təşkilatları ilə iş üzrə şöbəsinin
müdiri cənab Fərhad Hacıyev Seminarın keçirilməsinin əhəmiyyətindən
danışaraq bu tədbirin «Hər Kəs Fərqli-Hər Kəs Bərabər»
kampaniyasının Azərbaycan gəncləri arasında yayılmasında
öz töhfəsini verəcəyini qeyd etdi.
Sonra Avropa Şurasının Azərbaycandakı
İnformasiya Mərkəzinin icraçı direktoru cənab İlqar İbrahimli
Avropa Şurası, onun strukturları və fəaliyyət istiqamətləri
haqqında Seminar iştirakçılarına məlumat verdi.
İştirakçılara Avropa Şurası haqqında
film nümayiş etdirildikdən sonra Seminar öz işinə davam
etdi.
|