AzerbaijanEnglishEVE-mail





BÖLMƏLƏR

KEÇİDLƏR


- www.president.az
- www.mfa.gov.az
- www.mys.azeri.com
- www.karabakh.gen.az
- www.agaat.az
- www.azerbaijan.az
- www.azertag.com
- www.xeber.net
- www.day.az
- www.xxeber.com

ƏLAQƏ


Ünvanı: Təbriz küç., 19, Bakı şəhəri, Azərbaycan, AZ1008
Tel.: (+994 12) 432 23 07
Faks: (+994 12) 432 23 07
Mobil: (050) 343 53 02
Veb səhifə: www.aagib.org
E-Mail: aaysa_office@yahoo.com; office@aagib.org

 



Veb Səhifə Norveç Krallığının Azərbaycandakı Səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya Fondu vasitəsi ilə maliyyələşdirdiyi vəsait hesabına hazırlanıb

REYTİNQ




 

 

 

 

FƏALİYYƏT / Yerli layihələr

Azərbaycan-Amerika Gənclər İctimai Birliyi, 2003-cü il prezident seçkilərini nəzərə alaraq, Füzuli rayonunda yaşayan gənclərin seçkilərdə iştirakının stimullaşdırılması məqsədi ilə təlim kursları təşkil etmişdir.

Daima əhalinin müxtəlif sahələrdə maarifləndirmə prosesinə cəlb olunması istiqamətində fəaliyyətini quran Azərbaycan-Amerika Gənclər İctimai Birliyi, 2003-cü il prezident seçkilərini nəzərə alaraq, Füzuli rayonunda yaşayan gənclərin seçkilərdə iştirakının stimullaşdırılması» layihəsi çərçivəsində aşağıda qeyd olunmuş mövzularda Fizuli rayonunda və əsasən onun kəndlərində təlim kursları təşkil etmişdir.

Təlim kursları seçki sistemləri üzrə ixtisaslaşmış Beynəlxalq Təşkilatların trenerləri tərəfindən icra olunurdu və seminarlar “Demokratiyanın inkişafında seçkilərin yeri və rolu, Seçki prinsipi və vətəndaş hüquqları, Səsvermə prosesi, Seçkilərin müşahidəsi prosesində gənclərin rolu, Azərbaycanda seçicilərin passivlik problemi və gənclərin burada rolu” kimi mövzuları əhatə edirdi.

Qeyd edək ki, bu regionda layihəni həyata keçirməkdə məqsəd, əhalinin seçki sistemləri üzrə maarifləndirmək, gənclərin seçki prosesinə maarifləndirici treninq və tədbirlərlə daha yaxından cəlb olunmasına nail olmaq, seçkidə vətəndaş hüququ və demokratiyanın prinsiplərini gənclərə aşılamaq idı. Kurslar, gənclərə seçki günü necə səs vermək və hansı prosedurlardan keçməyin qanuni yollarını aşılayaraq seçicinin hansı hüquqlara malik olduğunu ona çatdırdı.

Layihə çərçivəsində yuxarıda qeyd olunmuş mövzularda broşuraların və digər nəşr materiallarının paylanması da layihə çərçivəsində həyata keçirilmişdi.

Kurslar həftədə 2 dəfə olmaqla VI və VII günləri Fizuli rayonunun əksər kənd və qəsəbələrində 2003-cü ilin iyul ayından -15 oktyabr prezident seçkilərinə qədər təşkil edilmişdir.

Layihənin yekunu olaraq keçirilən treninq-seminarların nəticələrini müzakirə etmək üçün Azərbaycan-Amerika Gənclər İctimai Birliyinin ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə «Füzuli rayonunda yaşayan gənclərin seçkilərdə iştirakının stimullaşdırılması» layihəsi çərçivəsində aşağıdakı mövzularda konfrans təşkil olunmuşdur.


1. «Fizuli rayonu gənclərinin 2003-cü ilin oktyabr ayının 15-də keçirilən Azərbaycan Respublikasının Prezidenti Seçkilərində iştirakının ötən ilki seçkilərə nisbətən səviyyəsi.»

2. «Azərbaycan-Amerika Gənclər İctimai Birliyinin ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə «Füzuli rayonunda yaşayan gənclərin seçkilərdə iştirakının stimullaşdırılması» layihəsi çərçivəsində keçirilən treninq-seminarlar Fizuli rayonu gənclərinin və əhalisinin 2003-cü ilin oktyabr ayının 15-də keçirilən Azərbaycan Respublikasının Prezidenti Seçkilərində iştirakının stimullaşdırılmasına və ötən ilki seçkilərə nisbətən iştirak səviyyəsinin artmasına nə kimi təkan verdi».

3. Növbəti illərdə Azərbaycanda keçiriləcək seçkilərlə bağlı Fizuli rayonu gənclərinin və əhalisinin bu növ seminarlarla seçki prosesi üzrə maariflənməsinə nə dərəcədə ehtiyac duyulur.