AzerbaijanEnglishEVE-mail





BÖLMƏLƏR

KEÇİDLƏR


- www.president.az
- www.mfa.gov.az
- www.mys.azeri.com
- www.karabakh.gen.az
- www.agaat.az
- www.azerbaijan.az
- www.azertag.com
- www.xeber.net
- www.day.az
- www.xxeber.com

ƏLAQƏ


Ünvanı: Təbriz küç., 19, Bakı şəhəri, Azərbaycan, AZ1008
Tel.: (+994 12) 432 23 07
Faks: (+994 12) 432 23 07
Mobil: (050) 343 53 02
Veb səhifə: www.aagib.org
E-Mail: aaysa_office@yahoo.com; office@aagib.org

 



Veb Səhifə Norveç Krallığının Azərbaycandakı Səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya Fondu vasitəsi ilə maliyyələşdirdiyi vəsait hesabına hazırlanıb

REYTİNQ




 

 

 

 

FƏALİYYƏT / Yerli layihələr

Azərbaycanda ilk dəfə yeni institut-Azərbaycan Gənclər Parlamenti təsis olundu.

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi artıq 4 aydır ki, Norveç Krallığının Azərbaycandakı Səfirliyinin vəsaiti hesabına və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya Fondu vasitəsi ilə maliyyələşdirdiyi «Gənclərin seçki təşəbbüslərinin inkişafı» adlı layihəsini həyata keçirir.

Layihə çərçivəsində 2005-ci ilin avqust ayının 26-30 tarixlərində Şəki şəhərində yuxarıda qeyd olunan hər rayondan təlim iştirakçılarının və ekspertlərin iştirakı ilə 3 günlük və 40 nəfərlik yay düşərgəsi təşkil edilmişdir. Yay düşərgəsində Azərbaycanda ilk dəfə olaraq ümumrespublika səviyyəsində olan yeni institut-Azərbaycan Gənclər Parlamenti təsis edilmişdir. İlkin olaraq Azərbaycan Gənclər Parlamenti ölkənin qeyd olunan 5 bölgəsini və Bakı şəhərini əhatə edir. Sözügedən yay düşərgəsinin iştirakçıları Azərbaycan Gənclər Parlamentinin üzvləri seçilmişdir və onların arasından Parlamentin region və Bakı koordinatorları müəyyənləşmişdir.

Azərbaycan Gənclər Parlamentini təsis etməkdə məqsəd Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərin maraqlarını və təşəbbüslərini yaradılan Gənclər Parlamenti səviyyəsində müdafiə etmək və seçiləcək yeni parlamentə öz təklif və rəylərini hazırlamaqdan ibarətdır. Beynəlxalq və Avropa təcrübəsindən çıxış edərək Azərbaycan Gənclər Parlamenti Azərbaycan Respublikası Milli Məclisinə gənclərin ehtiyac və problemlərindən irəli gələn qanunvericilik üzrə təkliflər paketi və qətnamələr hazırlayacaq və təqdim edəcək, istər ölkə, istərsə də Avropa Gənclər Parlamenti səviyyəsində Azərbaycan gəncliyinin səsinin müdafiəsi işinə öz töhfəsini verəcək.

Azərbaycan Gənclər Parlamenti başqa bölgələrdə də öz sıralarını genişləndirməyi qarşısına məqsəd qoyub. Eləcə də Azərbaycan gəncliyinin Avropa strukturlarına və Avropa Gənclər Parlamenti vasitəsi ilə Avropa Parlamentinə çıxışını təşkil etməyi öz qarşısına əsas məqsəd qoyub.

Bütün bunların həyata keçirilməsində əsas məqsəd Azərbaycanın potensiallı gəncləri arasında gənc parlamentarilərin yetişməsinə şərait yaratmaq və onların maraqlarının lobbiçiliyini bütün səviyyələrdə aparmaq və təşkil etməkdir. Yeni yaradılan bu qurum ilkin olaraq Avropa Gənclər Parlamentinə üzvlük məsələsini və region gənclərin ehtiyac və problemlərindən irəli gələn qanunvericilik üzrə təkliflər paketini və layihələr hazırlamağı, o cümlədən parlament seçkisi öncəsi ölkə gənclərinin qarşıdan gələn Milli Məclisə seçkilər günündə fəal iştirakına nail olunmasını qarşısına əsas məqsəd kimi qoyub. Yaxın zamanlarda Azərbaycan Gənclər Parlamenti adlı qəzetin buraxılması da nəzərdə tutulur.