Ünvanı: Təbriz küç., 19, Bakı şəhəri, Azərbaycan, AZ1008
Tel.: (+994 12) 432 23 07 Faks: (+994 12) 432 23 07 Mobil: (050) 343 53 02 Veb səhifə: www.aagib.org E-Mail:aaysa_office@yahoo.com;
office@aagib.org
Veb Səhifə Norveç Krallığının Azərbaycandakı
Səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya Fondu
vasitəsi ilə maliyyələşdirdiyi vəsait hesabına hazırlanıb
REYTİNQ
FƏALİYYƏT
/ Yerli layihələr
Beynəlxalq Seminar,
2005
Sentyabr
09-13, 2005-ci ildə Azərbaycan-Amerika Gəncləri
İctimai Birliyi Polşadan həmkar təşkilatı olan “ Vətəndaş
Təşəbbüslərinin Dəstəyi Assosiasiyası” ilə birgə Bakıda
Avropa komissiyası Gənclər Proqramı çərçivəsində “Qeyri-Avropa
Birliyi dövlətlərinin QHT-lərinin Avropa Birliyi Gənclər
Proqramında aktiv iştirakı üçün maneələrin öhdəsindən
necə gəlmək olar” adlı Beynəlxalq seminarı keçirdi. Seminarda
Birləşmiş Krallıqdan, İtaliyadan, Fransadan, Niderlanddan,
Macarıstandan, Latviyadan, Estoniyadan, Polşadan, Ukraynadan,
Moldovadan, Rusiyadan, Gürcüstandan, Belarusiyadan müxtəlif
Avropa gənclər təşkilatlarını təmsil edən 26 gənc iştirakçı
var idi.
Seminar qeyri-AB və AB ölkələrinin gəncləri
üçün öz təcrübələrini və Gənclər Proqramının iştirak formaları
haqqında təcrübələri mübadilə etmək üçün yaxşı imkan idi.
Bu seminar AB Gənclər Proqramında iştirak əngəllərini
aradan qaldırılmasında və gənclər sahəsində təcrübə mübadiləsi
və əməkdaşlığı inkişaf etdirmək üçün əməkdaşlar axtarmaqda
yerli və xarici iştirakçılara böyük kömək oldu.
Seminarın məqsədi mədəniyyət və təhsil
sahəsində mübadilə etmək, AB Gənclər Proqramının müvafiq
fəaliyyətlərini qeyri-AB və AB ölkələrinin QHT-lərinə
məlumat yaymaq, üçüncü qrup ölkələrlə birgə layihələrdə
işləmək, AB Gənclər Siyasətinə cəlb olunmaq idi. Bütün
iştirakçı ölkələrlə qısa və uzun müddətli layihələrdə
məlumat dəstəyi, mədəniyyətlərarası inteqrasiya, gənclər
arasında söhbətlər bu tədbirdə baş verdi.
Bu seminarda Azərbaycan Gənclər Təşkilatlarının
Avropa Komissiyası Gənclər Proqramına və AB Gənclər Hərəkatına
inteqrasiyasının zəruriliyi qeyd olundu. Seminar iştirakçıları
dərindən vurğuladılar ki, azərbaycanlı gənclərin mühitini,
mədəniyyətini və dəyərlərinə yaxından bələd olmaq üçün
Avropa gənclərinin Azərbaycanda keçirilən tədbirlərdə
iştirakı çox zəruridir.