Ünvanı: Təbriz küç., 19, Bakı şəhəri, Azərbaycan, AZ1008
Tel.: (+994 12) 432 23 07 Faks: (+994 12) 432 23 07 Mobil: (050) 343 53 02 Veb səhifə: www.aagib.org E-Mail:aaysa_office@yahoo.com;
office@aagib.org
Veb Səhifə Norveç Krallığının Azərbaycandakı
Səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya Fondu
vasitəsi ilə maliyyələşdirdiyi vəsait hesabına hazırlanıb
REYTİNQ
FƏALİYYƏT
/ Yerli layihələr
“Bələdiyyələr
və gənclər arasında əlaqə və əməkdaşlığın inkişafı”
Dekabrın
8, 2004-cü ildə Azərbaycan-Amerika Gəncləri İctimai
Birliyi “Bələdiyyələr və gənclər arasında əlaqə və əməkdaşlığın
inkişafı” layihəsi çərçivəsində və Dünya Bankı, Açıq Cəmiyyət
İnstitutu, USAİD, Avrasiya Fondunun maliyyə dəstəyi ilə
Füzuli rayonunda “Bələdiyyə seçkilərində və bələdiyyə
işində gənclərin rolu” mövzusu ətrafında dəyirmi masa
keçirmişdir.
Dəyirmi masa layihənin fəaliyyətinin
qiymətləndirilməsi və təqdimatına və nəşr olunmuş “Bələdiyyə
seçkilərində və bələdiyyə işində iştirak” kitabçasına
həsr olunmuşdur. Dəyirmi masada donor təşkilatlarının
nümayəndələri olan: Cənab Kazım Quliyev – Avrasiya Fonudunun
proqram koordinatoru, cənab Fuad Süleymanov-Açıq Cəmiyyət
İnstitutunun proqram koordinatoru, xanım Səbinə Cəfərova
– Dünya Bankının Azərbaycandakı nümayəndəsi, o cümlədən
cənab Əkrəm Abdullayev – Gənclər, İdman və Turizm Nazirliyinin
Uşaq və Gənclər Təşkilatları ilə iş üzrə departamentin
sədri, cənab Fuad Muradov – Azərbaycan Respublikası Gənclər
Təşkilatlarının Milli Şurasının sədri, cənab Rauf Zeyni
– Demokratik Seçkilər Mərkəzinin sədri, cənab İlqar Məmmədov
– Bakıdakı Amerika Səfirliyinin nümayəndəsi, cənab Tural
Kərimli – Azərbaycan İnsan Hüquqları Fondunun prezidenti,
və yerli və beynəlxalq QHT və KİV-lərin nümayəndələri
iştirak edirdi.
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin
sədri cənab Vüqar Əhmədov giriş sözündən sonra layihə
çərçivəsində bu günə kimi yerinə yetirilmiş fəaliyyətlər
və layihə haqqında məlumatı dəyirmi masa iştirakçılarının
diqqətinə çatdırdı. Cənab Əhmədov gənclərin yerli özünüidarəetmə
və bələdiyyə seçkilərində geniş iştirakına yönəlmiş layihənin
məqsədləri və nəticələrini qeyd etdi. Dəyirmi masa iştirakçıları
gənclərin bələdiyyə işində və növbəti bələdiyyə seçkilərində
aktiv iştirakının zəruriliyini vurğulayaraq yerli özünü-idarə
institutlarının əhəmiyyəti barədə müzakirə apardılar.
Onlar qeyd etdilər ki, bu tip təhsil layihələrinin xüsusilə
kənd yerlərində - Füzulidə keçirilməsi çox əhəmiyyətlidir
və lazımi təşəbbüsdür.