Ünvanı: Təbriz küç., 19, Bakı şəhəri, Azərbaycan, AZ1008
Tel.: (+994 12) 432 23 07 Faks: (+994 12) 432 23 07 Mobil: (050) 343 53 02 Veb səhifə: www.aagib.org E-Mail:aaysa_office@yahoo.com;
office@aagib.org
Veb Səhifə Norveç Krallığının Azərbaycandakı
Səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya Fondu
vasitəsi ilə maliyyələşdirdiyi vəsait hesabına hazırlanıb
REYTİNQ
FƏALİYYƏT
/ Yerli layihələr
Azərbaycan-Amerika
Gəncləri İctimai Birliyi Azərbaycanın bölgələrində «Regionlarda
gənclərin asudə vaxtının səmərəli təşkili» mövzusunda
layihə həyata keçirir.
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi
gənclərinin asudə vaxtının səmərəli təşkili ilə bağlı
maarifləndirmə işinin vacibliyini nəzərə alaraq Fizuli,
Quba, Bərdə, Masallı, Qəbələ və Səlyan bölgələrində gənclər
üçün təlim kursları təşkil edir. Layihə Azərbaycanın regionlarında
gənclərlə bağlı iş sahəsində mövcud olan problemləri nəzərə
alaraq gənclərin məşğulluq probleminin həllinə töhvə vermək
və onların asudə vaxtının səmərəli təşkilinə yardım məqsədi
ilə həyata keçirilir.
Layihə çərçivəsində aşağıdakı
mövzularda treninqlər aparılır:
• Gənclərin asudə vaxtının təşkili ilə
bağlı qanunvericilikdə nəzərdə tutulan müddəalar
• Asudə vaxtın səmərəli təşkili nə deməkdir.
• Gənclər arasında ünsiyyət vərdişlərinin inkişaf etdirilməsi,
onların yaradıcı təfəkkürünün inkişafına kömək göstərilməsi.
• İntellektual oyunlar , dəyirmi masalar, debat turnirləri,
və ekoloji aksiyalar necə keçirilir.
• Regionlarda fəaliyyət göstərmək üçün gənclərdə lazımi
biliklərin və stimulun yaranması
• Maraqlar üzrə gənclər təşkilatlarının və institutlarının
yaradılması
• Region gənclərinin asudə vaxtının səmərəli təşkilinə
yardım edilməsi
• Regionlarda istedadlı və ictimai fəal gənclərin üzə
çıxarılması, onların yaradıcı təfəkkürünün inkişafına
kömək göstərilməsi
• Gənclərin intellektual səviyyəsinin inkişafına yardım
edilməsi
• Cənclərin vətəndaş cəmiyyətinin inkişafına töhvə verilməsində
rolu
Hər bir rayonda layihə iştrakçılarına,
regionun digər gənclərinə və əhaliyə lazımi məlumatların
öz əksini tapdığı bukletlər, kitabçalar paylanıb. Layihə
müddətində iştirakçılara qeyri-formal təhsil metodlarından
istifadə edərək interaktiv-təcrübi bilik və vərdişlər
aşılanb. Layihədən bəhrələnən gənclər, layihə bitdikdən
sonra trener kimi fəaliyyət göstərə biləcəklər.