AzerbaijanEnglishEVE-mail





BÖLMƏLƏR

KEÇİDLƏR


- www.president.az
- www.mfa.gov.az
- www.mys.azeri.com
- www.karabakh.gen.az
- www.agaat.az
- www.azerbaijan.az
- www.azertag.com
- www.xeber.net
- www.day.az
- www.xxeber.com

ƏLAQƏ


Ünvanı: Təbriz küç., 19, Bakı şəhəri, Azərbaycan, AZ1008
Tel.: (+994 12) 432 23 07
Faks: (+994 12) 432 23 07
Mobil: (050) 343 53 02
Veb səhifə: www.aagib.org
E-Mail: aaysa_office@yahoo.com; office@aagib.org

 



Veb Səhifə Norveç Krallığının Azərbaycandakı Səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya Fondu vasitəsi ilə maliyyələşdirdiyi vəsait hesabına hazırlanıb

REYTİNQ




 

 

 

 

FƏALİYYƏT / Yerli layihələr

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi “Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində xaricdə təhsil alan Azərbaycanlı gənclərin və diaspor təşkilatlarının beynəlxalq fəaliyyətinin gücləndirilməsi” adlı layihəsi çərçivəsində konfrans keçirib.

“Qafqazinfo”nun məlumatına görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən konfransı giriş sözü ilə açan Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov təşkilatın xaricdə təhsil alan Azərbaycanlı tələbələr arasında Erməni diasporunun fəaliyyətinin öyrənilməsi məqsədi ilə müsabiqə elan etdiyini diqqətə çatdırıb. Konfransda iştirak edən xaricdə təhsil alan tələbələr öz tədqiqat işlərinin konfrans iştirakçılarının diqqətinə çatdırıblar.

Prezident Administrasiyası İctimai Siyasi Şöbənin məsul şəxsi Vüqar Səlimov, Diaspora ilə iş üzrə Dövlət Komitəsinin Gənclərlə iş üzrə şöbəsinin müdiri Vaqif Seyidbəyli və Milli QHT Forumunun prezidenti Rauf Zeyni layihənin əhəmiyyəti haqqında danışaraq bu istiqamətdə aparılan işlərin vacibliyini qeyd ediblər. Qeyd edək ki, xaricdə təhsil alan tələbələr tərəfindən təqdim olunan tədqiqat işləri sonda kitabça şəklində çap olunacaq.