Ünvanı: Təbriz küç., 19, Bakı şəhəri, Azərbaycan, AZ1008
Tel.: (+994 12) 432 23 07 Faks: (+994 12) 432 23 07 Mobil: (050) 343 53 02 Veb səhifə: www.aagib.org E-Mail:aaysa_office@yahoo.com;
office@aagib.org
Veb Səhifə Norveç Krallığının Azərbaycandakı
Səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya Fondu
vasitəsi ilə maliyyələşdirdiyi vəsait hesabına hazırlanıb
REYTİNQ
FƏALİYYƏT
/ Yerli layihələr
“Azərbaycan-ABŞ münasibətlərinə yeni baxışlar” adlı Konfrans
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi yaxın zamanlarda “Azərbaycan-ABŞ münasibətlərinə yeni baxışlar” adlı konfrans təşkil etməyi planlaşdırır. Konfransın keçirilməsində əsas məqsəd Azərbaycan-ABŞ münasibətlərinin hazırki durumunu müzakirə etmək, Azərbaycan-ABŞ strateji tərəftaşlığından irəli gələn yeni aspektlərə nəzər salmaq və hər iki dövlət arasında siyasi, iqtisadi, hərbi, mədəni, sosial, təhsil və humanitar sahələrdə olan əməkdaşlığın gələcək perspektivlərinə dair fikir mubadiləsi aparmaqdır.
Bildiyimiz kimi Azərbaycan Birləşmiş Ştatların regionda ən yaxın strateji tərəfdaşlarından biridir və ölkəmiz Amerika ilə sıx müttəfiqlik və əməkdaşlıq şəraitində regionda bir çox enerji və digər layihələr həyata keçirmişdir, o cümlədən Azərbaycan İraq və Əfqanıstanda ABŞ-ın həyata keçirdiyi anti-terror əməliyyatlarında sülhməramlı missiya tərkibində fəal şəkildə iştirak etmişdir. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında sosial, humanitar və təhsil sahəsində movcud olan əməkdaşlığı və bu əməkdaşlığdan irəli gələrək ABŞ Dövlət Departamentinin proqramlari vasitəsi ilə minlərlə Azərbaycan gəncinin Amerikada təhsil almasını və bunun xalqlarımız arasında dostluğun və qarşılıqlı əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdiyini xüsusi qeyd etmək lazımdır. Uzun illərdir ki, Amerika Birləşmiş Ştatları Azərbaycanda demokratikləşmə, vətəndaş cəmiyyətinin qurulması proseslərinə və qeyri-hökümət təşkilatlarının inkişafina öz dəstəyini göstərmişdir.
Beləliklə yüksələn xətlə inkişaf edən Azərbaycan-Amerika münasibətlərinə bir daha nəzər salmaq və hər iki dövlətin xalqları arasında mədəniyyətlər-arası dialoq, gənclər mübadiləsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədi ilə ictimai müzakirələr və bu sahə üzrə çalışan müxtəlif yerli və xarici ekspertlərin məruzə və çıxışlarını təşkil etmək üçün Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi rəsmi dövlət nümayəndələrini, araşdırma mərkəzlərini və vətəndaş cəmiyyəti təmsilçilərini, media və maraqlı olan bütün tərəfləri yaxın zamanlarda bir araya gətirəcək.
Konfransın dəqiq tarixi və məkanı haqqında ictimaiyyətə yaxın zamanlarda məlumat veriləcək. Bu konfransa dair hər hansi təklif və ya sorğusu olan şəxslərdən təşkilatın katibliyi ilə əlaqə saxlamaları xahiş olunur:
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi
aaysa_office@yahoo.com
www.aagib.org
050 343 53 02
012 417 11 10