Ünvanı: Təbriz küç., 19, Bakı şəhəri, Azərbaycan, AZ1008
Tel.: (+994 12) 432 23 07 Faks: (+994 12) 432 23 07 Mobil: (050) 343 53 02 Veb səhifə: www.aagib.org E-Mail:aaysa_office@yahoo.com;
office@aagib.org
Veb Səhifə Norveç Krallığının Azərbaycandakı
Səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya Fondu
vasitəsi ilə maliyyələşdirdiyi vəsait hesabına hazırlanıb
REYTİNQ
FƏALİYYƏT
/ Yerli layihələr
Azərbaycan Gənclər Parlamentinin rəsmi təqdimatı
Sentyabrın
28, 2005-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda
ilk dəfə təsis olunan Azərbaycan Gənclər Parlamentinin
rəsmi təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində
Norveç Krallığının Bakıdakı səfirliyinin birinci katibi
xanım Qoril Yohansen, Avrasiya Fondunun direktoru cənab
Camal Şahverdiyev, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun
direktoru cənab Fərda Əsədov, YAP-in Gənclər Birliyinin
sədri cənab Ramil Həsənov, Azərbaycan İnsan Hüquqları
Fondunun prezidenti cənab Tural Kərimli, Azərbaycan Gənclər
Parlamentinin üzvləri, Beynəlxalq Təşkilatların, QHT və
KİV nümayəndələri iştirak etmişdi.
Rəsmi təqdimatda Azərbaycan Gənclər Parlamenti
haqqında iştirakçılara ətraflı məlumat çatdırıldı və Azərbaycanın
müxtəlif yerlərindən olan potensiallı gənclər parlament
seçkilərində Azərbaycan parlamentinə alternativ təkliflərdən
ibarət qanunvericilik materialları hazırlamağı və öz aktiv
iştirakına təkan verərək yerli gənclər birliklərinin maraqlarını
təbliğ etmək niyyətində olduqlarını qeyd etdilər.
Həmçinin təqdimat mərasimində layihənin
koordinatoru cənab Vüqar Əhmədov Azərbaycan Gənclər Parlamentinin
məqsədi haqqında məlumat verdi. O qeyd etdi ki, yeni yaranmış
bu təşkilat Azərbaycan Parlamentində gənclərin marağını
təbliğ etmək və Azərbaycanda demokratikləşmə prosesinə
və azad seçkilərə yardım etmək yolu ilə Azərbaycan Parlamentinin
deputatları, Beynəlxalq Təşkilatlar, Avropa Gənclər Parlamenti
və Höküməti ilə birgə işləyəcək.
İlk fəaliyyətə münasib olaraq region
üzrə koordinatorlar regionlardan gəncləri Azərbaycan Gənclər
Parlamentinə cəlb etməklə məşqul olacaqlar və ictimaiyyətə
çatdırmaq üçün nəzərdə tutulmuş gənclərin regional ehtiyacları
və problemləri haqqında araşdırmalar aparacaqlar. Daha
sonra araşdırmaların nəticələri Azərbaycan Gənclər Parlamentinin
qanunvericilik təklifləri paketində toplanacaq və layihələr
Azərbaycan Parlamentinə göndəriləcək.