|
 |
FƏALİYYƏT
/ Yerli layihələr |
 |
Press
Reliz
01
Noyabr, 2006-cı il tarixində «Hyatt Hotel» Konfrans və
Görüş Mərkəzi, Bakı zalında Azərbaycan-Amerika Gəncləri
İctimai Birliyinin təşkilatçılığı və Norveç Krallığının
Azərbaycandakı Səfirliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi
və Avrasiya Fondunun maliyyə dəstəyi ilə «Azərbaycan Gənclər
Parlamenti-İkinci Hissə» adlı layihə çərçivəsində «Azərbaycanda
qanunvericilik aktları və gəncliyin maraqları: Reallıqlar
və Perspektiv Düşüncələr» mövzusunda konfrans baş tutmuşdur.
Konfransda
Azərbaycan Respublikası Milli Məclisinin üzvləri cənab
Fuad Muradov, Əkrəm Abdullayev, Azay Quliyev, Sabir Hacıyev,
Rauf Əliyev, Eyvaz Qurbanov, İlham Məmmədov, xanım Gültəkin
Hacıyeva, Konstitusiya Araşdırmaları Fondunun sədri cənab
Əliməmməd Nuriyev, Azərbaycan Respublikası Gənclər və
İdman Nazirliyi gənclər təşkilatları ilə iş üzrə bölməsinin
müdiri cənab Vüqar Əhmədov, Avrasiya Fondunun proqram
rəhbəri Səbinə Süleymanova, Açıq Cəmiyyət İnstitutu Yardım
Fondunun direktoru cənab Fərda Əsədov, ABŞ Təhsilli Məzunlar
Birliyinin sədri Fariz İsmayılzadə, AİESEC təşkilatının
Azərbaycan nümayəndəliyinin rəhbəri Bəxtiyar Hacıyev,
Azərbaycan Gənclər Parlamentinin regional koordinasiya
Şuralarının üzvləri, gənc parlamentarilər, Beynəlxalq
Təşkilatların və Qeyri -Hökümət Təşkilatlarının nümayəndələri
iştirak etmişlər.
Konfransda ilkin olaraq layihə çərçivəsində hazırlanan
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin
www.aagib.org adlı veb səhfəsinin təqdimatı olmuş və Azərbaycanın
8 bölgəsi üzrə 665 gənc arasında keçirilən sorğunun nəticələri
konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır.
Sonra
konfransı giriş sözü ilə açan Azərbaycan-Amerika Gəncləri
İctimai Birliyinin sədri cənab Vüqar Əhmədov konfransın
məqsədləri haqqında geniş məlumat vermiş və təşəbbüsün
potensiallı gənclər arasında gənc parlamentarilərin yetişməsinə
şərait yaratmaq, gənclərin parlament institutuna və Milli
Məclis deputatlarına çıxış imkanlarını artırmaq, onların
maraqlarını müdafiə etmək və onların sosial-iqtisadi,
təhsil, mədəni və regional problemlərini ictimai səviyyədə
qaldırmağa yönəldiyini bildirmişdir.
Konfransda
çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin üzvü
cənab Fuad Muradov bu təşəbbüsün gənclərin parlament institutuna
və Milli Məclis deputatlarına çıxış imkanlarını artırmaq
və gənc parlamentarilərin yetişməsinə şərait yaratmaq
istiqamətində atılan vacib addım olduğunu qeyd etmişdir.
Konfransın
məruzəçiləri olan Konstitusiya Araşdırmaları Fondunun
sədri cənab Əliməmməd Nuriyev, Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi, Gənclər təşkilatları ilə iş
üzrə bölməsinin müdiri cənab Vüqar Əhmədov Azərbaycanda
mövcud qanunvericilik bazası və gənclərlə bağlı qəbul
olunan qanunlar haqqında konfrans iştirakçılarına məlumat
vermişlər.
Daha sonra çıxış edən Millət Vəkili cənab Azay Quliyev
gənclərin prioritet problemlərinin müəyyənləşməsi istiqamətində
bu layihənin həyata keçirilməsinin zəruriliyindən söhbət
açmışdır.
Azərbaycan Respublikası Milli Məclisinin üzvü cənab Əkrəm
Abdullayev çıxışında əsas diqqəti gənclərlə bağlı qəbul
olunmuş qanunlar və bu sahədə mövcud olan boşluqlara yönəltmişdir.
Gənclərin
problemləri və bu gün qeyri-hökumət təşkilatlarının diqqət
yetirəcəyi gənclərlə bağlı sahələr haqqında fikirlərini
bildirən Azərbaycan Respublikası Milli Məclisinin üzvü
xanım Gültəkin Hacıyeva Azərbaycan-Amerika Gəncləri İctimai
Birliyinin bu təşəbbüsünü yüksək qiymətləndirmişdir.
Ümumilikdə
çıxış edən Millət Vəkilləri Azərbaycan-Amerika Gəncləri
İctimai Birliyinin «Azərbaycan Gənclər Parlamenti-İkinci
Hissə» adlı layihəsini dəstəkləmiş, məhz bu Gənclər Parlamentinin
Azərbaycanda gənclərlə işləyən institut olduğunu vurğulamışlar.
Konfransın
ikinci hissəsində tədbirdə iştirak edən gənc parlamentarilər,
Beynəlxalq və gənclər təşkilatlarının nümayəndələri mövzu
ilə bağlı çıxışlar etmişlər.
Azərbaycan
Gənclər Parlamentinin regiondan olan üzvləri gənclərin
regional problemlərini, ehtiyaclarını, onları düşündürən
problemlərlə bağlı Millət Vəkillərinə suallarını və fikirlərini
çatdırmışlar.
Tədbirin
sonunda qərara alınmışdır ki, gənc parlamentarilərlə millət
vəkillərini görüşdürən bu cür tədbirlər bundan sonra da
davam etdirilsin və tədbirdə səslənən bütün fikir və təkliflər
toplandıqdan sonra Azərbaycan-Amerika Gəncləri
İctimai Birliyi Azərbaycan Respublikası Milli Məclisi
ilə əməkdaşlıq çərçivəsində yeni təşəbbüslərlə çıxış etməyi
planlaşdırır. Bu layihələr əsasən Milli Məclisdə gənclər
dinləmələrinin keçirilməsi, gənclərlə bağlı, gənclərin
prioritet problemlərini özündə əks etdirən və gənclərin
maraqlarının müdafiəsinə yönəlmiş qanun layihələrinin
hazırlanması və qanunverici orqana təqdim olunması, gənc
parlamentarilərin hər il Milli Məclisdə millət vəkilləri
ilə görüşlərinin keçirilməsi və digər təşəbbüslərdən ibarətdir.
Mətbuat
Xidməti
(+994 50) 343 53 02
office@aagib.org
www.aagib.org
|