Ünvanı: Təbriz küç., 19, Bakı şəhəri, Azərbaycan, AZ1008
Tel.: (+994 12) 432 23 07 Faks: (+994 12) 432 23 07 Mobil: (050) 343 53 02 Veb səhifə: www.aagib.org E-Mail:aaysa_office@yahoo.com;
office@aagib.org
Veb Səhifə Norveç Krallığının Azərbaycandakı
Səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya Fondu
vasitəsi ilə maliyyələşdirdiyi vəsait hesabına hazırlanıb
REYTİNQ
FƏALİYYƏT
/ Yerli layihələr
Azərbaycan-Amerika
Gəncləri İctimai Birliyi Açıq-Cəmiyyət İnstitutu -Yardım
Fondunun maliyyə dəstəyi ilə «Regionlara QİÇS əleyhinə
avto-tur aksiyası» layihəsi çərçivəsində gənclərdən ibarət
könüllü qrupun seçilməsi üzrə müsabiqə elan edir:
Bu
gün gənclər Azərbaycan əhalisinin çox hissəsini təşkil
edir. Amma təəssüf ki, onların bir çoxu, xüsusilə də region
gəncləri QİÇS-dən və digər zərərli vərdişlərdən qorunmaqla
bağlı biliklərdən məlumatsızdırlar. Bu hal bir tərəfdən
ümumi və tibbi maarifləndirmə işinin zəifliyindən, məlumatsızlıqdan,
informasiya qıtlığından, informasiya alma mənbələrinin
məhdud olması, digər tərəfdən müəyyən sosial-iqtisadi
çətinliklər, təhsildəki problemlər və sair səbəblərdən
irəli gəlir.
Məhz
QİÇS-lə mübarizə sahəsində sağlam və təhlükəsizlik davranışın
təbliği məqsədi ilə Azərbaycan-Amerika Gəncləri İctimai
Birliyi region gəncləri arasında adı çəkilən problemlə
bağlı maarifləndirmə işinin davamlılığının vacibliyini
nəzərə alaraq Sumqayıt, Əli-Bayramlı, Mingəçevir, və Zaqatala
bölgəsində maarifləndirmə və kütləvi aksiyaların həyata
keçirilməsi istiqamətində layihənin icrasını planlaşdırır.
Bu
layihə Azərbaycanın qeyd olunan regionlarında gənclərlə
bağlı iş sahəsində sadalanan problemləri nəzərə alaraq
QİÇS-ə qarşı mübarizədə gənclərin və əhalinin maarifləndirilməsi
və onların imkanlarının gücləndirilməsini nəzərdə tutur.
Qabaqcıl təcrübədən istifadə edərək Azərbaycanın 4 (dörd)
bölgəsinə «QİÇS-dən azad nəsil uğrunda» adlı mesajı adı
altında avto-tur kampaniyasının keçirilməsi planlaşdırılır.
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin bu layihəsində
10 nəfərlik gənclər qrupu tərəfindən biz regionlarda yuxarıda
qeyd etdiyimiz problemlərin həllinə nail olmağa çalışacağıq.
Məhz
bu məqsədlə təşkilat Azərbaycanın 4 (dörd) bölgəsinə «QİÇS-dən
azad nəsil uğrunda» adlı mesajı adı altında avto-tur kampaniyasının
keçirilməsi üçün 10 (on) nəfərlik gənclər qrupunun müəyyənləşdirilməsi
üçün Azərbaycan gənclərinə ünvanlanan müsabiqə elan edir.
Müsabiqədə
iştirak edən gənclər Sumqayıt-Əli-Bayramlı-Mingəçevir-Zaqatala
marşrutu üzrə avto-turun iştirakçıları olaraq əsas vəzifələrinin
aşağıdakı fəaliyyətlərin icraçıları olması nəzərdə tutulur:
Rayon yerli hakimiyyət orqanları, yerli təhsil və səhiyyə
işçilərinin, gənclər təşkilatları nümayəndələrinin, şagird,
tələbələrin və rayon ictimaiyyətinin iştirakı ilə toplantıların
keçirilməsi. Toplantı zamanı maarifləndirici xarakterli
materiallar paylanacaq və gənclərin sağlam həyat tərzi
prinsiplərinə riayət etməsi, QİÇS-ə yoluxma ilə bağlı
riskli davranışlardan uzaq olması, müxtəlif zərərli vərdişlərin
təsirinə düşmək istiqamətində risqli davranışlara yol
verilməsinin qarşısını almaq üçün müzakirələrin və söhbətlərin
aparılması nəzərdə tutulur.
Hər bir regionun orta və ali məktəb, xəstəxana, paliklinika
və doğum evlərinin kollektivləri ilə görüşlərin keçirilməsi
və «QİÇS nədir?», «QİÇS haqda tibbi faktlar», «QİÇS-dən
necə qorunmalı» mövzularında söhbətlərin aparılması nəzərdə
tutulur.
Seçilmiş gənclər qrupu vasitəsi ilə regionlarda olan
mehmanxanalar, bar və restoranlar, bərbərxanalarda, məktəb
və universitetlərdə, marketlərdə, nəqliyyat kassalarında,
avtovağzal və dəmiryol vağzallarında, yanacaq doldurma
məntəqələrində, park və meydanlarda donor tərəfindən təqdim
olunacaq qoruyucu vasitələr, materiallar və çap məhsulları
paylanacaq və plakatlar yapışdırılacaq.
Yerli gənclər-idman dövlət idarələrinin köməyi ilə hər
bir regionun mərkəzi parkında rayon gəncləri ilə kütləvi
görüşün keçirilməsi və «QİÇS-ə yox, sağlam həyata hə deyək»
adlı şüarların səsləndirilməsi planlaşdırılır.
Hər bir regionda icra hakimiyyətlərinin köməyi ilə üzərində
QİÇS əleyhinə devizlər həkk olunmuş köynəklər və papaqlar
geyinmiş gənclərdən ibarət qrup və rayon gənclərinin iştirakı
ilə geniş əhali kütləsinin diqqətini bu problemə cəlb
etmək məqsədi ilə aksiya xarakterli icazəli yürüşün keçirilməsi
planlaşdırılır. Qeyd edək ki, yürüş zamanı gənclərdən
ibarət könüllülər qrupu QİÇS əleyhinə plakatlar nümayiş
etdirəcək və «QİÇS-ə yox, sağlam həyata hə deyək» adlı
şüarlar səsləndirəcək.
Bu layihənin iştirakçısı olaraq 10 nəfərlik gənclər qrupunda
təmsil olunmaq və yuxarıdakı fəaliyyətlərin icraçısı qismində
iştirak etmək istəyən könüllü gənclərdən 25 Noyabr, 2006-cı
il tarixinədək öz tərcümeyi hallarını (CV) aaysa_office@yahoo.com
elektron ünvanına göndərmələri xahiş olunur.
Layihənin
gənclər qrupunda təmsil olunmaq istəyən şəxslər aşağıdakı
şərtlərə cavab verməlidir:
16-30 yaş arasında olmalı
QİÇS və digər zərərli vərdişlər haqqında ümumi təsəvvürə
və məlumata malik olmalı
Azərbaycanın bölgələrində həyata keçirilən maarifləndirici
layihələrdə iştirak təcrübəsi olmalı
İnsanlarla ünsiyyət qurma və orijinal təqdimat etmə
bacarığına malik olmalı
Gənclər işində təcrübəsi olmalı
Ağır və gərgin iş şəraitinə uyğunlaşmağa hazır olmalı
Azərbaycanın 4 (dörd) bölgəsinə həyata keçiriləcək avto-tur
aksiyasında layihə müddətində tam şəkildə iştirak etməyə
hazır olmalı
Qeyd
edək ki, layihəyə cəlb ediləcək gənclərə qonorarın ödənilməsi
nəzərdə tutulub.
QİÇS
əleyhinə mesajların və rəmzlərin əks olunduğu lövhələrlə
bəzədilmiş avtobusla bölgələrə səfərlərə başlamazdan əvvəl
gənclər qrupu xüsusi təlim kursu keçəcək.
Qeyd edək ki, BMM-də mətbuat və ictimaiyyət nümayəndələri
üçün 1 Dekabr QİÇS əleyhinə mübarizə günü ilə bağlı mətbuat
konfransının keçirilməsi və ondan sonra avto-tura start
verilməsi nəzərdə tutulur.
Azərbaycan-Amerika
Gəncləri İctimai Birliyi
Mətbuat Xidməti
aaysa_office@yahoo.com
www.aagib.org
office@aagib.org
(+994 50) 343 53 02