|
Hörmətli Gənclər,
2012-ci ildən Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi gənclərin beynəlxalq inteqrasiyası istiqamətində fəaliyyətini davam etdirir. Təşkilatın bu il üçün qoşulduğu beynəlxalq proqramlar əsasında qarşıdan gələn aylar ərzində Avropanın müxtəlif ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları və Türkiyəyə beynəlxalq tədbirlər, təlimlər və seminarlara gənc nümayəndələrin göndəriləcəyi nəzərdə tutulur.
Gələn aydan başlayaraq hər ay təşkilat Azərbaycandan gənc və tələbələri beynəlxalq tədbirlərə göndərəcək.
06-14 Fevral, 2012-ci il tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində beynəlxalq seminar keçiriləcək və əsas müzakirə olunacaq mövzu gənclərin iştirakçılığı və beynəlxalq əməkdaşlığı, gənclərin sosial və könüllülük işində iştirakı və gənclərin miqrasiya məsələləri olacaq. Bu tədbirə 5 nəfər nümayəndənin getməsi nəzərdə tutulur.
13-21 Mart, 2012-ci ildə Türkiyənin Mersin şəhərində "Qadınların zorakılığa qarşı mübarizəsi" mövzusunda tədbir keçiriləcək. Tədbirdə iştirak edən gənclər müasir dünyada qadınların üzləşdiyi məişət zorakılığı və gənc qadınların zorakılığa qarşı mübarizəsi və sosial işlərdə fəal iştirakı məsələlərini müzakirə edəcəklər. Beynəlxalq tədbirə Avropanın 12 ölkəsindən 24 nəfər gəncin qatılması nəzərdə tutulur. Bu tədbirə Azərbaycandan 2 nəfər gənc nümayəndənin qatılması nəzərdə tutulur.
01-09 Aprel, 2011-ci il tarixində Serbiyanın Novisad şəhərində "Gənclərin Yaradıcılıq təşəbbüslərinin inkişaf etdirilməsi" adlı beynəlxalq təlim kursunun keçirilməsi nəzərdə tutulur. Təlim iştirakçı gənclərə öz yaradıcılıq qabiliyyətləri vasitəsi ilə təşəbbüslərinin dəstəklənməsi üçün yeni imkanlar yaradacaq və dəstək olacaq. Bu tədbirə Azərbaycandan 2 nəfər gənc nümayəndənin qatılması nəzərdə tutulur.
2012-ci ilin May ayında Türkiyənin MUS şəhərində "Kanserə qarşı mübarizə" devizi altında beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulur. Bu tədbirə Azərbaycandan 2 nəfər gənc nümayəndənin qatılması nəzərdə tutulur.
2012- ci ilin May və İyun aylarında Makedoniyanın paytaxtı Skopye şəhərində, o cümlədən İtaliyanın Potenza şəhərində, Türkiyənin Karaman şəhərlərində yay düşərgələrinin keçirilməsi və 10 nəfərlik gənclər qrupunun bu tədbirlərə Azərbaycandan yola düşməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu beynəlxalq tədbirlərə dünyanın müxtəlif ölkələrindən onlarla gənclərin qatılması gözlənilir və Azərbaycanlı gənclərin beynəlxalq proqramlarda iştirakı Azərbaycan mədəniyyətinin təbliğ olunması və gənclərlə beynəlxalq əməkdaşlığın qurulması, eyni zamanda gənclərin yeni təcrübə qazanması baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunan beynəlxalq tədbirlərdə iştirak etmək üçün səfərlə əlaqəli bütün xərclər tam və qismən qarşılanacaq. Tədbirə qatılmaq istəyən gənclərdən aşağıdakılar tələb olunur:
- Ingilis dilini minimum səviyyədə bilməli
- Xarici pasportu olmalı
- 18-30 yaş arasında olmalı
- Sosial və gənclər işinə marağı olmalı
- Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin üzvü olanlara üstünlük veriləcək. ( Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin üzvü olmayan gənc-tələbələr də müraciət edə bilər )
Beynəlxalq proqramlar haqqında daha ətraflı məlumat almaq istəyənlər və proqramlara qoşulmaq istəyən gənc və tələbələr Təşkilatın baş katibi Aysel Əliyeva ilə əlaqə saxlaya bilərlər.
E-mail: aysel.eliyeva@yahoo.com
aaysa_office@yahoo.com
Tel: 051 556 00 02 |